SİYASƏTLƏR
İSTİFADƏ ŞƏRTLƏRİ
Biz Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Rayonunun (“Honq Konq”) qanunvericiliyinə uyğun olaraq təsis edilmiş şirkətik və xidmətlərimizi sizə bu veb-sayt vasitəsilə İstifadə Şərtləri (‘Şərtlər’) əsasında təqdim edirik. Xahiş edirik, Şərtləri diqqətlə oxuyun. Bu veb-saytdan istifadə etməyiniz Şərtlərimizi qəbul etdiyiniz anlamına gəlir.
İstifadə Lisenziyası
Biz sizə bu sayta daxil olmaq və ondan şəxsi məqsədlərlə istifadə etmək üçün məhdud lisenziya veririk. Açıq yazılı razılığımız istisna olmaqla, siz veb-saytımızı və ya onun hər hansı hissəsini yükləyə, yaxud dəyişdirə bilməzsiniz. Siz veb-saytımızı və ya onun hər hansı hissəsini təkrar istehsal edə, çoxalda, kopyalaya və ya dəyişdirə bilməzsiniz.
Yükləmə
Bu veb-saytda biz yükləməyinizə açıq şəkildə icazə verilən materiallar təqdim edə bilərik. Belə materialları yükləməklə siz həmin materiallardan yalnız şəxsi, qeyri-kommersiya məqsədləri üçün istifadə etməyə razılıq verirsiniz. Siz orijinal materiallarda və ya onların istənilən surətində olan bütün müəllif hüququ və digər mülkiyyət qeydlərini saxlamalısınız. Şirkətin şəbəkə biznesini təbliğ etmək məqsədi istisna olmaqla, siz bu materiallardan hər hansı kommersiya məqsədi üçün, habelə QNET Siyasət & Prosedurlarına uyğun olaraq Şirkətdən əvvəlcədən razılıq alınmadığı halda hər hansı digər veb-saytda istifadə edə bilməzsiniz.
Elektron Kommunikasiyalar
Veb-saytımız vasitəsilə hər hansı əməliyyat apardıqda və ya bizə e-poçt göndərdikdə siz bizdən elektron formada məlumat almağa razılıq verirsiniz; sizə elektron formada təqdim etdiyimiz bütün razılaşmalar, bildirişlər, yaxud hər hansı digər məlumatlar belə kommunikasiyaların yazılı formada olması ilə bağlı istənilən qanuni tələbi ödəyir.
Müəllif Hüququ
Bu veb-saytın məzmunu, o cümlədən mətn, qrafika, şəkillər, loqolar və bu veb-saytın məzmununun tərtibatı bizim əqli mülkiyyətimizdir.
Şəxsi Məlumatlar
Bu veb-sayt vasitəsilə bizə təqdim etdiyiniz bütün şəxsi məlumatlar Məxfilik Siyasətimiz ilə tənzimlənir.
Üçüncü Tərəf Veb-saytlarına Keçidlər
Veb-saytımızda üçüncü tərəf veb-saytlarına keçidlər təqdim edilə bilər. Lakin biz həmin üçüncü tərəf veb-saytlarının məzmununa görə məsuliyyət daşımırıq. Xahiş edirik, Məsuliyyətdən İmtina bölməmizə baxın.
Tətbiq Edilən Qanun və Yurisdiksiya
Bu Şərtlər Honq Konq qanunvericiliyi ilə tənzimlənir və ona uyğun şərh edilir; tərəflər bu Şərtlərlə bağlı bütün məsələlərdə Honq Konq məhkəmələrinin qeyri-eksklüziv yurisdiksiyasına tabe olurlar.