SİYASƏTLƏR
MƏSULİYYƏTDƏN İMTİNA
Bu veb-saytdan istifadə etməyiniz bu Məsuliyyətdən İmtina şərtlərini qəbul etdiyiniz anlamına gəlir.
Dəqiqliyə Zəmanət Verilmir
Bu veb-saytda təqdim olunan məlumatlar ‘olduğu kimi’, ‘mövcud olduğu şəkildə’ təqdim edilir və yalnız ümumi, təxmini məqsədlər daşıyır. Bu veb-saytda olan məlumatların etibarlılığını təmin etmək üçün hər cür səy göstərilsə də, bu, burada göstərilən hər hansı məlumatın dəqiqliyi və yetərliliyi ilə bağlı nə açıq, nə də nəzərdə tutulan zəmanət sayılmır.
Biz gələcəkdə vəd edilən gəlir və ya qazancla bağlı hər hansı zəmanət, yaxud təminatdan açıq şəkildə imtina edirik. Qazanc və ya qazanc potensialı ilə bağlı hər hansı iddia yalnız fikir kimi qəbul edilməli və siz onun dəqiqliyini yoxlamadan ona etibar etməməlisiniz. Belə iddialara etibar etməyinizdən irəli gələn hər hansı itki və ya zərərə görə biz məsuliyyət daşımırıq və heç bir öhdəlik, vəzifə, yaxud məsuliyyət qəbul etmirik.
Üçüncü Tərəf Veb-saytına Keçidlər
Bu veb-saytda üçüncü tərəf veb-saytlarına keçidlər təqdim edilə bilər. Belə keçidlərin verilməsi və ya onların verilməsinə köməklik yalnız istifadəçilərin rahat istinadı məqsədi daşıyır. Bu, həmin xarici saytların məzmunu ilə razılaşdığımızı və ya razılaşmadığımızı bildirmir. Biz belə xarici veb-saytların məzmununa görə heç bir öhdəlik, vəzifə, yaxud məsuliyyət daşımayacaq və qəbul etməyəcəyik; habelə belə xarici veb-saytların məzmunundan istifadə, sui-istifadə, yaxud ona etibar nəticəsində və ya bununla bağlı yaranan hər hansı itki, yaxud zərərə görə heç bir məsuliyyət qəbul etməyəcək və məsuliyyət daşımayacağıq. Biz bu saytdakı istənilən məlumatı istənilən vaxt, tam öz mülahizəmizə əsasən və əvvəlcədən bildiriş vermədən silmək, yaxud redaktə etmək hüququmuzu özümüzdə saxlayırıq.
Bazar Mövcudluğu ilə Bağlı Məhdudiyyətlər
Saytı dünya üzrə əlçatan olsa da, QNET yalnız aşağıda sadalanan bazarlarda mövcuddur. Buna görə də bu veb-sayt vasitəsilə təqdim olunan məlumatlar, habelə əlçatan olan məhsul və/və ya xidmətlər məhdudlaşdırılır və yalnız bazar mövcudluğumuz olan, aşağıda sadalanan ölkələrdəki şəxslərin — belə çıxış və/və ya istifadə yerli qanun, yaxud qaydalara zidd olmadığı halda — istifadəsi üçün nəzərdə tutulub. Əgər siz bazar mövcudluğumuz olmayan hər hansı ölkədə sayta daxil olmağı və/və ya hər hansı biznes fəaliyyəti həyata keçirməyi seçirsinizsə, bunu yalnız öz təşəbbüsünüzlə və tamamilə öz riskinizlə edirsiniz. Tabe olduğunuz bütün yerli qanun və qaydaları araşdırmaq, müəyyənləşdirmək və onlara riayət etmək yalnız sizin məsuliyyətinizdir.