SİYASƏTLƏR

SOSİAL MEDİA SİYASƏTİ

Müstəqil Distribyutorlara (ID) bloqlar, Facebook, YouTube, LinkedIn, Instagram, Twitter, TikTok və s. kimi sosial media platformalarında öz bizneslərini müzakirə etməyə və təbliğ etməyə icazə verilir. Aşağıda Şirkətin belə təmsilçiliyə dair siyasəti və təlimatları verilmişdir. Konkret saytın qeyd olunmaması və ya ona açıq istinadın olmaması bu siyasətin tətbiq dairəsini məhdudlaşdırmır. Siyasət və ya təlimat mövcud olmadıqda, Müstəqil Distribyutorlar peşəkar mühakimələrindən istifadə etməli və mümkün qədər ehtiyatlı hərəkət etməlidirlər.

1. Şəxsi bloqlar, veb-saytlar və sosial media profilləri müəllifin bildirdiyi fikirlərin yalnız ona məxsus olduğunu və Şirkətin mövqeyini əks etdirmədiyini bildirən aydın xəbərdarlıqlara malik olmalıdır.

Məsələn – “Bildirilən fikirlər və mövqelər mənə məxsusdur və mütləq QNET Ltd.-in mövqeyini əks etdirmir.”

2. Siz özünüzü dəqiq təqdim etməli və Şirkətlə münasibətinizi Müstəqil Distribyutor kimi aydın şəkildə bildirməlisiniz. Əməkdaş, agent və ya hər hansı digər statusda iddia irəli sürülə bilməz.

3. Siz heç bir sosial media platformasında istifadəçi adında və ya hesab adında Şirkətin ticarət nişanlarından, yaxud brendlərindən istifadə edə bilməzsiniz. Bunlara Twitter, Facebook və Linkedin daxildir, lakin bunlarla məhdudlaşmır.

4. Bloqlarınızda, veb-saytlarınızda və sosial media profillərinizdə dərc olunan məlumatlar QNET-in Siyasət & Prosedurlarına uyğun olmalı və onlara riayət etməlidir. (Siyasət & Prosedurların 11.03, 11.04 və 11.05-ci bəndlərinə baxın). Bu, digər bloqlarda, forumlarda və sosial şəbəkə saytlarında yerləşdirilən şərhlərə də şamil edilir.

5. Müstəqil Distribyutorlar QNET-in və onun assosiasiya olunmuş şirkətlərinin ticarət adlarından, ticarət nişanlarından, xidmət adlarından, xidmət nişanlarından, məhsul adlarından və ya bunların hər hansı törəməsindən istənilən internet domen adı, yaxud e-poçt ünvanı üçün istifadə edə, onları qeydiyyata almağa cəhd edə və ya sata bilməzlər (Siyasət & Prosedurların 10.03 (c) bəndinə baxın).

6. Özünüzü Müstəqil Distribyutor kimi təqdim etməklə siz özünüzü Şirkətin brend imici və dəyərləri ilə eyniləşdirirsiniz. Buna görə də onlayn fəaliyyətiniz digərlərinin Şirkət, onun məhsul və xidmətləri barədə təsəvvürünə təsir edə bilər. Odur ki, şəkillər, paylaşımlar və ya şərhlər vasitəsilə əks olunan hərəkətlərinizin Şirkəti təmsil edə biləcəyini nəzərə almaq vacibdir. Onlayn hər hansı kontent yerləşdirərkən aşağıdakı təlimatlara riayət edilməlidir:

* Siz yalnız Şirkətin rəsmi veb-saytında olan mətnlərdən istifadə etməlisiniz
* Veb-saytınızın və ya sosial şəbəkə profilinizin məzmununu Şirkətdən başqa hər hansı mənbədən götürülmüş mətnlə tamamlaya bilməzsiniz.
* Bütün məzmun orfoqrafiya baxımından yoxlanılmalıdır.
* Bütün yanıldıcı və ya aldadıcı fəaliyyətlər, məlumatlar və taktikalar qadağandır.
* Müəllif hüququ qanunlarına hörmət edin, mənbələrə lazımi qaydada istinad edin.
* Təhqiredici dilə yol verilmir.
* Şəxsi hücumlara yol verilmir.

7. Müstəqil Distribyutorlar QNET və/və ya onun məhsulları barədə hər hansı şərh edərkən həmişə əlaqələrini açıqlamalı və ya özlərini QNET Müstəqil Distribyutoru kimi təqdim etməlidirlər.

8. Onlayn rəy bildirən Müstəqil Distribyutorlar doğru məlumat verməli və tipik nəticələrə əsaslanmalıdırlar.

Nümunə 1: “Amezcua Bio Disc mənim xoruldama problemimi aradan qaldırdı.” Bu, səmimi fikir ola bilsə də, tipik nəticə deyil və buna görə də iddianı təsdiqləyən etibarlı araşdırma olmadığı təqdirdə, onlayn yerləşdirilən belə hər hansı fikir mövcud təlimatların pozulması sayılır.

Nümunə 2. “Mən QNET ilə bir ayda 25 000 ABŞ dolları qazandım və siz də qazana bilərsiniz.” Bu ifadə doğru ola bilsə də, nəticə “tipik” deyil. Belə ifadələr mövcud təlimatların pozulması sayılır. Qazancdan bəhs edərkən bu mövzuda təlimat üçün Siyasət & Prosedurların 11.02-ci bəndinə müraciət etməlisiniz.

9. Facebook reklamları kimi ödənişli internet reklamlarında Şirkətin loqosundan və ya ticarət nişanından istifadə edilə bilməz. Bütün keçidlər Şirkətin rəsmi saytına deyil, ID-nin Şəxsi Veb-saytına yönləndirilməlidir.

10. Şirkətlə bağlı şikayətiniz varsa, məsələnin həlli üçün www.qnet.net saytında mövcud olan rəsmi sosial media kanallarından hər hansı biri, yaxud 24/7 çoxdilli QNET Qlobal Dəstək Mərkəzi (GSC) vasitəsilə Şirkətlə əlaqə saxlayın. Narazılığınızı ictimai şəkildə bildirmək üçün digər sosial mediadan istifadə etməyin, çünki bu halda Şirkətin şikayətinizi həll etmək imkanı olmayacaq. Şikayətinizi oxuyan insanların çoxu onun nə vaxt həll olunduğunu bilməyəcək və onlarda heç vaxt düzəlməyə bilən mənfi, həll olunmamış təəssürat qalacaq.