Məzmuna keç

KOSMETİKA VƏ QULLUQ

PHYSIO RADIANCE

Physio Radiance — İsveçrədə hazırlanmış, effektiv cavanlaşdırıcı formulları qabaqcıl dəriyə qulluq texnologiyaları ilə birləşdirən innovativ qocalma əleyhinə dəriyə qulluq vasitələri seriyasıdır.

Dərinizin misilsiz gəncliyi və parlaqlığı: 6 addım

Physio Radiance dəriyə qulluq proqramı dərinizin optimal balansını bərpa etmək və qorumaq üçün prebiotikləri və probiotikləri birləşdirir, dərinizin gəncliyini qorumağa kömək edir. 

Zərif təmizləyici köpük

physio radiance gentle foaming cleanser 1

Zərif mus teksturalı ultra-yumşaq üz təmizləyici vasitə zərif, lakin dərin təmizləmə təmin edir.

  • Dərin təmizləmə təmin edir
  • Dərini təravətləndirir
  • Makiyajı, ölü dəri hissəciklərini, piyi və çirki təmizləyir
  • Dərinizin parlaqlığını qoruyur
Alfa-qlükan oliqosaxarid (prebiotik)
Xarici tətbiq edildikdə dərinin bərpasına və yenilənməsinə kömək edir.
Lizat probiotiklər (probiotiklər)
Sağlam mühiti qoruyaraq dərinin balansını tənzimləyə bilən güclü prebiotik.
Bərpaedici nəmləndirici amil
Dərinizin təbii nəmli və balanslı qalmasına kömək edən amin turşuları, şəkərlər, sidik cövhəri, vitaminlər və natrium PCA qarışığı. 

Üzünüzü su ilə isladın. Vasitəni (dozatorun bir basımı) ovucunuza çəkin və kremli köpük əmələ gəlməsi üçün su əlavə edin. Təmizləyici vasitəni əllərinizi üzünüzdə yumşaq gəzdirərək dəriyə çəkin, sonra su ilə yaxşıca yuyun.

Buster-essensiya

physio radiance boosting essence 1

Nəmləndirici antioksidant losyon dərinin elastikliyini nəzərəçarpacaq dərəcədə artıran qidalandırıcı aktiv tərkib maddələri ilə zəngindir. Dərini dartır və onu sonrakı vasitələrin tətbiqinə effektiv hazırlayır.

  • Dərini dartır
  • Dərinin elastikliyini artırır
  • Qidalandırır və nəmləndirir
Alfa-qlükan oliqosaxarid (prebiotik)
Sağlam mühiti qoruyaraq dərinin balansını tənzimləyə bilən güclü prebiotik.
Lizat probiotiklər (probiotiklər)
Xarici tətbiq edildikdə dərinin bərpasına və yenilənməsinə kömək edir.
Pullulan polisaxaridləri
Dərinin teksturasını, nəmliliyini və elastikliyini yaxşılaşdırır, eyni zamanda güclü antioksidantlarla xarici zədələnmələrdən qoruyur.
Sarqas dənizindən dəniz yosunu ekstraktı
Kollagen istehsalını gücləndirərək dərinin elastikliyini artırır, qırışları azaldır və dəri baryerini möhkəmləndirir, ona daha elastik və gənc görünüş verir. 

Vasitənin bir neçə damcısını səhər və axşam təmizlənmiş üz və boyun dərisinə çəkin.

Möhkəmləndirmə və liftinq üçün ikiqat serum

firming lifting double serum 1
I. İşıqlandırma və liftinq
II. Möhkəmləndirmə və nəmləndirmə
Serumun birinci fazası xırda qırışları azaldır, möhkəmləndirir və dartır, eyni zamanda hiperpiqmentasiyanı korreksiya edir və parlaq üz rəngi üçün dəri tonunu bərabərləşdirir.
Serumun ikinci fazası — susuzlaşmadan yaranan qırışlar və qüsurlarla mübarizə aparmaq üçün dəriyə nüfuz edən intensiv nəmləndirici serumdur, həmçinin elastikliyi yaxşılaşdırır.
  • Dərinizi dartır və nəmləndirir.
  • Dərinizi işıqlandırır və ona dartılmış görünüş verir.
  • Xırda qırışları azaltmağa və qarşısını almağa kömək edir.
  • Hiperpiqmentasiyanı korreksiya edir və dəri tonunu bərabərləşdirir.
  • Dərinizin elastikliyini yaxşılaşdırır. 
Alfa-qlükan oliqosaxarid (prebiotik)
Sağlam mühiti qoruyaraq dərinin balansını tənzimləyə bilən güclü prebiotik.
Lizat probiotiklər (probiotiklər)
Xarici tətbiq edildikdə dərinin bərpasına və yenilənməsinə kömək edir.

 

Faza I: İşıqlandırma və liftinq
Niasinamid
Hüceyrələrin yenilənməsini stimullaşdırır, dərini işıqlandırır və elastikliyi artırır, eyni zamanda yağlılığı azaldır.
Hialuron turşusu
Dərindən nəmləndirir və qoruyur, dərini hamar və elastik saxlayır.
Argirelin
İncə xətləri və qırışları azaltmağa kömək edən botoksabənzər peptid.

 

Faza II: Möhkəmləndirmə və nəmləndirmə

Tripeptid-2
Kollagen və elastini qoruyur, dərini möhkəmləndirməyə və qocalma ilə mübarizəyə kömək edir.
Şirin badam yağı
Dərini qidalandırır və yumşaldır, qocalmanın qarşısını alaraq həssas və quru sahələr üçün ideal uyğundur. 

Gündə iki dəfə səhər və axşam təmizlənmiş dəriyə çəkin. Parlaqlıq və liftinq serumunun (I) dozatorunu bir dəfə basıb çəkin və tam udulana qədər dəriyə yumşaq masaj edin. Sonra Möhkəmləndirici və nəmləndirici serumun (II) bir dozasını çəkin və tam udulana qədər dəriyə yumşaq masaj edin.

Bərpaedici göz kremi

repair eye cream 1

Ultra-yüngül, tez udulan teksturaya malik krem qırışlardan və piqment ləkələrindən qurtulmağa kömək edir. Göz ətrafı dəriniz daha gənc və parlaq görünəcək.

  • Göz ətrafındakı qırışları hamarlaşdıraraq onlara daha gənc görünüş verir.
  • Göz ətrafı dəriyə parlaq işıltı verir.
  • Mövcud piqment ləkələrini aradan qaldırır.
Alfa-qlükan oliqosaxarid (prebiotik)
Sağlam mühiti qoruyaraq dərinin balansını tənzimləyə bilən güclü prebiotik.
Lizat probiotiklər (probiotiklər)
Xarici tətbiq edildikdə dərinin bərpasına və yenilənməsinə kömək edir.
Karnozin
Zərərli ultrabənövşəyi şüalardan qoruyur, kollageni dəstəkləyir və dərinin elastikliyini qoruyur.
Zeytun yarpaqları ekstraktı
Sakitləşdirir, iltihabı azaldır və dərini qoruyur.
Sink PCA
C vitamininin mənimsənilməsini yaxşılaşdırır, yağlılığı tənzimləyir və kollageni dəstəkləyir. 
  1. Vasitəni göz altı sahəyə çəkin, daha yaxşı udulması üçün kremi barmaq ucları ilə yumşaq vuraraq hopdurun.

Bərpaedici gündüz kremi

restoring day cream 1

Ultra-yüngül krem qocalma əlamətlərinin yaranmasının qarşısını almağa kömək edərək dərini parlaq edir. Krem dərini əla nəmləndirir və onu daha elastik edir. Dərinizin nəmləndirilməsi və qidalandırılması üçün ideal həll.

  • Dərinizə parlaqlıq verir
  • Dərinin qocalmasının qarşısını alır
  • Dərini nəmləndirir və onu daha elastik edir
  • Dərini nəmləndirir və qidalandırır
Alfa-qlükan oliqosaxarid (prebiotik)
Güclü prebiotik, dərinin sağlam mikrobiomunu qoruyaraq balansını tənzimləyir.
Lizat probiotiklər (probiotiklər)
Xarici tətbiq edildikdə dərinin bərpasına və yenilənməsinə kömək edir.
Sorbitol
Dərinizi dərindən nəmləndirir və kondisiyalaşdırır.
Hialuron turşusu
Qoruyur və nəmləndirir, dərinizi daha hamar və elastik edir.
PP vitamini (niasinamid)
Üz rəngini işıqlandırır, elastikliyi artırır və yağlılığı azaldır.
Şirin badam yağı
Qidalandırır, möhkəmləndirir və yumşaldır; quru və qocalan dəri üçün əla uyğundur. 

Kremi səhər Physio Radiance İkiqat möhkəmləndirici və dartıcı serumu çəkdikdən sonra təmizlənmiş üz və boyun dərisinə çəkin. Kremi tam udulana qədər masajla hopdurun.

Regenerasiyaedici gecə kremi

repairing night cream 1

Zəngin və yumşaq krem gecə dərinin qidalandırılması və nəmləndirilməsi üçün nəzərdə tutulub. Güclü qocalma əleyhinə tərkib maddələri dəriyə xüsusi parlaqlıq verərək qırışlarla effektiv mübarizə aparır.

  • Qocalma əleyhinə təsirə malikdir
  • Gecə dərini qidalandırır və nəmləndirir
  • Qırışlarla mübarizə aparır
  • Dərini parlaq edir
Alfa-qlükan oliqosaxarid (prebiotik)
Güclü prebiotik, dərinin sağlam mikrobiomunu qoruyaraq balansını tənzimləyir.
Lizat probiotiklər (probiotiklər)
Xarici tətbiq edildikdə dərinin bərpasına və yenilənməsinə kömək edir.
Retinol
Kollagen istehsalını gücləndirir, qırışları azaldır, dəri tonunu bərabərləşdirir və ona parlaqlıq verir.
Hialuron turşusu
Dərini stressdən qoruyur, dərindən nəmləndirir və onun hamar, elastik ya yaxşı nəmlənmiş qalmasına kömək edir.
Şi yağı (karite)
Dərini kondisiyalaşdırır, onu zərif və sağlam saxlayır, həmçinin soyuqdan, quruluqdan və ətraf mühitin zərərli təsirindən qoruyur. 

Kremi axşam Physio Radiance İkiqat möhkəmləndirici və dartıcı serumu çəkdikdən sonra təmizlənmiş üz və boyun dərisinə çəkin. Kremi tam udulana qədər masajla hopdurun.

Məhsullarımızla tanış olun

Üstünlükləriniz nəzərə alınaraq yaradılmış məhsulları kəşf edin